EN

Fransadakı villa üstündə qalmaqal - Sabiq prezidentin oğluna qarşı savaş başlayıb

Qırğızıstan Fransada qaçaq keçmiş prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin aldığı “Zamok-Şato” villası ilə bağlı məhkəmə prosesi aparır.

Publika.az xəbər verir ki, bu barədə respublika prezidenti Sadır Japarov məlumat verib.

Onun sözlərinə görə, Qırğızıstanın Ədliyyə Nazirliyi bu proseslə 2025-ci ildən məşğuldur. Lakin prezident məhkəmə çəkişmələrinin illərlə davam edə biləcəyini və işin nəticəsinin hələlik qeyri-müəyyən olduğunu bildirib.

“Sürətli nəticə gözləmək olmaz. Məhkəmə prosesləri sabah bitmir, illərlə davam edir. Bundan başqa, həmin binanın gələcəkdə Qırğızıstana verilib-verilməyəcəyi də məlum deyil. Hər şey Tanrının əlindədir, zaman göstərəcək”, - deyə prezident "Kabar" agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, villa ilə bağlı məlumatı Maksim Bakiyevin keçmiş tərəfdaşı Aleksey Şirşov təqdim edib. Şirşov təsdiqləyib ki, “Elkat” şirkəti əvvəllər Bakiyevə məxsus olub və hazırda 68,5 milyon dollar dəyərində qiymətləndirilərək tamamilə dövlət mülkiyyətinə keçib.

Chosen
10
publika.az

1Sources