EN

Qurban Qurbanov Bəhlul Mustafazadənin vəziyyətindən DANIŞDI

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Bəhlul Mustafazadənin vəziyyəti qənaətbəxş deyil".

Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, fevralın 18-də keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə yaxşı mövsüm keçirib, ancaq belə qarşılaşmalarda bu cür zədələr qaçınılmazdır.

Baş məşqçi transfer məsələsi barədə də danışıb:

"Hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

Murad Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
oxu.az

1Sources