EN

DSMF Salyanda ictimai dinləmə keçirdi - FOTO

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Salyan rayonunda keçirilən görüşdə Salyan və Neftçala rayonlarının ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bu barədə Bakıvaxtı.az-a DSMF-dən məlumat verilib.

    Bildirilib ki, iştirakçılara Fondun fəaliyyət istiqamətləri, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

    Görüşdə eyni zamanda vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

    Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

    Chosen
    1
    4
    bakivaxti.az

    5Sources