AZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu növbəti dəfə ictimai dinləmə təşkil edib.

Bakı.TurkicWorld:

Salyan rayonunda keçirilən görüşdə Salyan və Neftçala rayonlarının ictimaiyyət, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılara Fondun fəaliyyət istiqamətləri, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində görülən işlər barədə məlumat verilib.Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

TurkicWorld xəbər verir ki, görüşdə eyni zamanda vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Seçilən
0
4
turkic.world

5Mənbələr