EN

“Qarabağ”ın legioneri: “İlk matçda bizə yaraşmayan şəkildə oynadıq”

“Düşünürəm ki, ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la (İngiltərə) cavab oyunundan öncə Bakıdakı mətbuat konfransında deyib.

O, İngiltərədəki görüşdə bacardıqlarını ortaya qoyacaqlarını bildirib: “İkinci hissədə də ilk hissədəki kimi oynamalıydıq. Cavab oyunu haqqında düşünməliyik. Düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərə bilərik”.

Joni Montiel komandasının çıxışını dəyərləndirib: “Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Oyunlar heç vaxt asan keçmir. “Qarabağ”dan gözləntilər böyükdür. Etimadı doğrultmaq istəyirik”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü sabah saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Chosen
2
1
msport.az

4Sources