Düşünürəm ki, ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq.
"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab oyunundan öncə Bakıdakı mətbuat konfransında deyib.
O, İngiltərədəki görüşdə bacardıqlarını ortaya qoyacaqlarını bildirib:
"İkinci hissədə də ilk hissədəki kimi oynamalıydıq. Cavab oyunu haqqında düşünməliyik. Düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərə bilərik".
Joni Montiel komandasının çıxışını dəyərləndirib:
"Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Oyunlar heç vaxt asan keçmir. "Qarabağ"dan gözləntilər böyükdür. Etimadı doğrultmaq istəyirik".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.