EN

Beynəlxalq MMA turnirində azərbaycanlı idmançıya diaspor dəstəyi

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada keçirilən beynəlxalq səviyyəli MMA döyüşləri üzrə turnirdə soydaşlarımız - Üçqat dünya, ikiqat Avropa çempionu, Əməkdar idman ustası Aqşin Babayev və MMA üzrə Avropa və Azərbaycan çempionu Sənan Səfərli qalibiyyət uğrunda mübarizə aparıb.

İdmançılarımız güclü, dəqiq zərbələri, fiziki hazırlığı, soyuqqanlı və hesablanmış döyüş tərzi ilə peşəkarlıq nümayiş etdiriblər. Ağır mübarizə şəraitində keçən görüşdə Sənan Səfərli rəqibi fransız idmançı Adam Magomadovu məğlub edərək qarşılaşmanı qalibiyyətlə başa vurub.

Fransada yaşayan soydaşlarımız yarış zamanı idmançılarımıza güclü mənəvi dəstək göstəriblər. Arenada dalğalanan üçrəngli  Azərbaycan bayrağı, eləcə də tribunadan səslənən coşqulu dəstək çağırışları idmançılarımıza əlavə ruh yüksəkliyi və motivasiya verib.

Xaricdə keçirilən beynəlxalq idman yarışlarında soydaşlarımızın uğurlu çıxışı və Azərbaycan diasporunun həmrəyliyi ölkəmizin idman nüfuzunun daha da yüksəlməsinə, milli birliyimizin möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Fransada yaşayan soydaşlarımızın turnirdə tamaşaçı qismində iştirakına dəstək göstərib. Bu, xaricdə yaşayan soydaşlarımıza göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
6
xalqqazeti.az

7Sources