AZ

Fransadakı soydaşlarımız MMA turnirində azərbaycanlı idmançıya dəstək oldular (FOTO)

Bakı. Trend:

Fransada keçirilən beynəlxalq səviyyəli MMA döyüşləri üzrəturnirdə soydaşlarımız - Üçqat dünya, ikiqat Avropa çempionu,Əməkdar idman ustası Aqşin Babayev və MMA üzrə Avropa və Azərbaycançempionu Sənan Səfərli qalibiyyət uğrunda mübarizə aparıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, idmançılarımız güclü, dəqiq zərbələri, fiziki hazırlığı,soyuqqanlı və hesablanmış döyüş tərzi ilə peşəkarlıq nümayişetdiriblər.

Bildirilib ki, ağır mübarizə şəraitində keçən görüşdə SənanSəfərli rəqibi fransız idmançı Adam Magomadovu məğlub edərəkqarşılaşmanı qalibiyyətlə başa vurub.

Fransada yaşayan soydaşlarımız yarış zamanı idmançılarımızagüclü mənəvi dəstək göstəriblər. Arenada dalğalanan üçrəngliAzərbaycan bayrağı, eləcə də tribunadan səslənən coşqulu dəstəkçağırışları idmançılarımıza əlavə ruh yüksəkliyi və motivasiyaverib.

Xaricdə keçirilən beynəlxalq idman yarışlarında soydaşlarımızınuğurlu çıxışı və Azərbaycan diasporunun həmrəyliyi ölkəmizin idmannüfuzunun daha da yüksəlməsinə, milli birliyimizin möhkəmlənməsinəmühüm töhfə verir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsi Fransada yaşayan soydaşlarımızın turnirdə tamaşaçıqismində iştirakına dəstək göstərib. Bu, xaricdə yaşayansoydaşlarımıza göstərilən xüsusi diqqət və qayğının barizgöstəricisidir.

Fransadakı
Fransadakı
Fransadakı
Seçilən
13
6
az.trend.az

7Mənbələr