EN

Paltaryuyan maşında geyimləri tez qurutmaq üsulu

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Soyuq mövsümdə geyimlər daha gec quruyur, istilik və işıqla bağlı fasilələr olduqda isə bu, demək olar ki, gündəlik problemə çevrilir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, quruma vaxtını hələ paltaryuyan maşın mərhələsində azaltmağın təsirli yolu var. Bunun üçün sadəcə bir quru dəsmal və sıxma (otjim) rejimi kifayətdir.

Güclü fırlanma zamanı dəsmal parça ilə sıx təmasda olaraq geyimlərdəki rütubətin bir hissəsini aktiv şəkildə özünə hopdurur. Nəticədə əlavə sıxma mərhələsindən sonra paltarlar adi yuma dövrü ilə müqayisədə xeyli daha quru olur.

Metod necə işləyir

Əsas yuma prosesini tamamlayın. Barabana bir ədəd böyük və quru mahrı dəsmal yerləşdirin. Parçanın növünə uyğun olaraq 800-1000 dövr/dəqiqə sürətlə sıxma rejimini işə salın. Əlavə dövr təxminən 10–15 dəqiqə çəkir. Bundan sonra geyimlər nəzərəçarpacaq dərəcədə daha quru və yüngül olur.

Hansı geyimlər üçün uyğundur

Ən yaxşı nəticə qalın parçalarda müşahidə olunur: cins şalvarlar, svitşotlar, uşaq geyimləri, yataq dəstləri. Vacib məqam barabanı həddindən artıq doldurmamaqdır. Əgər paltar çox olarsa, dəsmal kifayət qədər rütubət uda bilməyəcək. Bu üsul güclü sıxmaya davam gətirməyən zərif materiallar üçün tövsiyə edilmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
lent.az

1Sources