EN

Trampa sui qəsd cəhdi Məxfi Xidmət rəssamı öldürdü

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidentinin Florida ştatındakı şəxsi Mar a Lago yaşayış və istirahət kompleksinin təhlükəsizlik zonasına daxil olmağa cəhd edən silahlı şəxsi ABŞ Məxfi Xidmət agentləri və polis müavini tərəfindən güllələnərək öldürülüb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında, baş verib. Tramp həmin vaxt Ağ Evdə olub. Hadisə zamanı şəxs təhlükəsizlik əraziyə qeyri qanuni şəkildə daxil olmağa çalışıb. Şübhəlinin əlində tüfəng və yanacaq qabı olub. Məxfi Xidmət əməkdaşları və polis rəsmisi şübhəliyə silahı yerə qoymağı əmr edib. Lakin o, yanacaq qabını yerə qoyduqdan sonra tüfəngi atəş vəziyyətinə gətirib. Bundan sonra agentlər atəş açmağa məcbur. Şübhəli aldığı güllə yaraları nəticəsində hadisə yerində ölüb. Heç bir federal agent və ya hüquq mühafizə əməkdaşı yaralanmayıb. Rəsmi açıqlamalara görə, hadisənin motivi hələ müəyyənləşdirilməyib. Federal Təhlükəsizlik Xidməti (FTB), Məxfi Xidmət və “Palm Beach” Polis İdarəsi geniş təhqiqata başlayıb. Yaxınlıqda olan sakinlərin təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.

Polis araşdırmalarına görə, öldürülən 21 yaşlı Ostin Taker Martin Şimali Karolinadan sakini idi. Martin bir neçə gün əvvəl ailəsi tərəfindən itkin şəxs kimi axtarışa verilib. ABŞ KİV lərin verdiyi məlumata görə, Ostin Martin rəssam imiş. O, Şimali Karolina ətrafındakı qolf meydançalarının səhnələrini təsvir edən xüsusi tərzdəki qara ağ rəsmlərlə məşhur idi. Onun işləri bəzən sosial şəbəkələrdə paylaşılsa da, bu günə kimi geniş ictimai tanınma əldə etməmişdi. Bu xüsusiyyət, onun motivinin və davranış formasının araşdırma predmetinə çevrilməsinə səbəb olub. Hadisə Donald Trampa qarşı siyasətçi və ictimai xadimlərə qarşı siyasi motivli zorakılıq təhlükəsinin gündəmdə olduğu bir dövrdə baş verir. Prezident 2024 cü il kampaniyası zamanı iki dəfə sui qəsd təhlükəsi ilə üzləşmişdi və bu, ABŞ daxilində siyasi zorakılıq narahatlıqlarını artırmışdı.Rəsmi nümayəndələr Məxfi Xidmətin sürətli və peşəkar reaksiyasını tərifləyiblər və təhlükəsizliyin qorunması üçün agentlərin hərəkətlərini müdafiə ediblər. Hadisənin motiv hələlik açıqlanmayıb.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources