EN

Dava etdiyi kişini maşınının kapotu üzərində 20 km sürüklədi Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin paytaxtı Ankara şəhərində yolda yaranan mübahisədən sonra sürücü avtomobilin kapotu üzərinə çıxmış şəxsi 20 km sürükləyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sürücülük kursu təlimçisi, keçmiş polis əməkdaşı olduğu bildirilən 57 yaşlı C.Ö. ilə digər avtomobilin sürücüsü olan İ.Ç. adlı şəxs arasında yaranan mübahisədən sonra baş verib.

Əlbəyaxa davaya çevrilən mübahisədən sonra C.Ö. avtomobilinə minərək ərazidən uzaqlaşmaq istəyib. Bu zaman qarşı tərəf onun avtomobilinin kapotu üzərinə çıxıb. Sürücü isə dayanmaq əvəzinə avtomobili təxminən 20 km dayanmadan idarə edib.

Avtomobil polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
qafqazinfo.az

2Sources