Suriyadaı ən çox sayda İŞİD terrorçu ailəsinin yerləşdiyi Əl-Hol düşərgəsi sonuncu qrupun təxliyəsindən sonra bağlanıb.
Publika.az bu barədə Suriya mətbuatına istinadən məlumat verir.
"Əl-Hol düşərgəsi sonuncu insan karvanı oranı tərk etdikdən sonra bağlanıb", - məlumatda deyilir.
Bildirilir ki, sonuncu qrupa uşaqlar və qadınlar da daxil olmaqla ümumilikdə 66 nəfər olmaqla 17 ailə daxil idi.
Suriya təhlükəsizlik mənbəyi bildirib ki, "Bu addım reinteqrasiyanı dəstəkləmək və ailələrin təhlükəsiz və ləyaqətli həyatlarına qayıtmalarına kömək etmək səylərinin bir hissəsidir".