BAKI, 23 fevral. TELEQRAF
“Cavab oyununa gedirik. İlk matçdakı nəticəyə görə bu oyun haqqında danışmaq asan deyil. Oyunu analiz etmək üçün bir neçə gün vaxtımız oldu. Deyiləcək çox söz yoxdur. İlk oyunda bizdən çox üstün oldular. Mübariz olmalıylq. Psixoloji zərbə alsaq da, pis hazırlaşmadıq. Çalışacağıq, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl” (İngiltərə) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.