EN

Meksikada bu səbəbdən futbol matçı yarımçıq qalıb

Bakı. Trend:

Meksikada qadınlar arasında keçirilən yerli futbol çempionatıçərçivəsində “Nekaksa” ilə “Keratero” komandaları arasındakı matçazarkeşlərin və idmançıların həyatına təhlükə yaranması səbəbindəndayandırılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fevralın 22-də hərbçilər “Xalisko Yeni Nəsili ”kartelinin lideri El-Mençonu zərərsizləşdiriblər. Buna cavab olaraqkartel üzvləri avtomobil yollarını bağlayıb, iğtişaşlar törədib,avtomobilləri və yanacaq doldurma məntəqələrini yandırıb və mülkişəxslərə hücum ediblər. Stadionun ətrafında partlayış səslərieşidilib.

2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəkşəhərlərdən biri olan Qvadalaxarada yanacaqdoldurma məntəqələribağlanıb, nəqliyyatın fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərləğv olunub. ABŞ və Kanada aviaşirkətləri münaqişə zonalarınauçuşları ləğv ediblər. Xalisko ştatının qubernatoru sakinləri evdənçıxmamağa çağırıb, ABŞ Dövlət Departamenti isə amerikalılara“olduqları yerdə sığınmağı” tövsiyə edib.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources