Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionatı olub. O, bu titulu qazanmaq üçün Şəhriyar Məmmədyarovun timsalında dünyanın ən önəmli şahmat ustalarından birinə qalib gəlib. Son oyunda ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı qalib gəlib, ilk final qarşılaşmasında isə Şəhriyarla heç-heçə edib.
Düzünü desək, hər kəs çempionun Şəhriyar olacağını güman edirdi. Onun ustalığı, reytinqi, təcrübəsi bu ehtimalı ən yüksək saxlayırdı. Ancaq Məhəmməd bütün gözləntiləri alt-üst edərək lider oldu. Zənnimcə, onun Azərbaycan şahmat tarixinə düşən qələbəsi təsadüfi deyil. 2003-cü ildə doğulmuş Muradlı hələ 2015-ci ildə öz yaşıdları arasında dünya çempionu olmuşdu. O, həm də 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub. Məhəmməd artıq üçqat Azərbaycan çempionudur.

Ümid edirəm ki, Məhəmməd Azərbaycan çempionu titulu ilə kifayətlənməyəcək, şahmatın ən ali kubokunu Azərbaycana gətirəcək. Onun buna böyük potensialı var. Məhəmmədi ürəkdən təbrik edir və yuxarıdakı gözləntimizi doğrultmasını arzu edirəm.
Eyni səmiyyətlə qadınlar arasında Azərbaycan çempionu olmuş Ülviyyə Fətəliyevanı da təbrik edirəm.
Azərbaycan qadınlarının elmdə, sənətdə və idmanda qazandığı nailiyyətlər modernləşmənin millətimizə, millətimizin modernləşməyə verdiyi misilsiz töhfələrdir.

Təşəkkürlər, Ülviyyə xanım!
Fürsətdən istafədə edərək bir məqama da diqqət çəkmək istəyirəm. Millətimizin övladları ağıllı, bacarıqlı və proqressivdir. Elm və təhsil sistemi, cəmiyyətin infrastrukturu elə qurulmalıdır ki, hər kəsin istedadını peşəkarlığa çevirsin və bu peşəkarlıq əsasında karyera qurulsun. Belə olarsa, fərdi uğurlar sistemli nailiyyətə çevriləcək.
Bir misal deyim.