EN

“ChatGPT”nin köməyi ilə iki nəfəri öldürdü - 21 yaşlı qızın şok əməli

Cənubi Koreyada gənc qadın süni intellektdən istifadə edərək iki kişini öldürməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.

Bildirilib ki, polis 21 yaşlı qadının qurbanlarına narkotik tərkibli içkilər verdiyini, bu qarışıqlar barədə məlumatları isə “ChatGPT” vasitəsilə araşdırdığını açıqlayıb.

Məlumata görə, yanvarın 28-də qadın 20 yaşlarında bir kişi ilə hotelə gedib. Həmin şəxs ertəsi gün ölü tapılıb. Oxşar hadisə fevralın 9-da da baş verib və ikinci qurban da eyni üsulla öldürülüb.

Chosen
5
6
publika.az

7Sources