EN

60 ildir yatmır - Alimlər şokda

Vyetnamda yaşayan 80 yaşlı Thai Ngocun təxminən 60 ildir heç yatmadan həyatını davam etdirdiyi iddiası tibb dünyasında maraq doğurub. Bildirilir ki, onun şüuru 1960-cı illərdən bəri oyaqdır. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Vyetnamın kiçik kəndlərindən birində yaşayan Ngoc deyir ki, gənclik illərində keçirdiyi ağır qızdırmalı xəstəlikdən sonra yuxu qabiliyyətini tam itirib. Onun sözlərinə görə, onilliklərdir nə gecə, nə də gündüz yata bilir. 

Mütəxəssislər bildirirlər ki, normalda insan orqanizmi bir neçə günlük yuxusuzluqdan sonra ciddi fiziki və zehni problemlər yaşamalıdır və uzunmüddətli yuxusuzluq həyati təhlükə yaradır. Buna baxmayaraq, Thai Ngocun gündəlik fəaliyyətlərini davam etdirməsi “tibbi sirr” kimi qiymətləndirilir. 

Məlumata görə, Ngoc gecələrini tarlada işləməklə və ağır fiziki işlərlə keçirir. Onun üzərində aparılan bəzi müşahidələrdə daxili orqanlarının sağlam olduğu və yuxusuzluğun tipik fəsadlarının görünmədiyi bildirilib.  

Bəzi alimlər isə ehtimal edir ki, o, fərqinə varmadan gün ərzində saniyəlik “mikroyuxular” yaşayır. Lakin Ngoc bu iddiaları qəbul etmir və hər an ayıq olduğunu deyir.  Hazırda alimlər onun beyin quruluşu və maddələr mübadiləsinin yuxusuzluğa necə bu qədər davam gətirdiyini hələ də dəqiq izah edə bilməyib.

Chosen
5
2
unikal.az

3Sources