EN

Niyam səhnədə ƏSƏBİLƏŞDİ: Çıxışını yarımçıq saxladı - VİDEO

Restoran məclislərinin birində xoşagəlməz hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, müğənni Niyam Salami çıxış etdiyi zaman zaldakı qarışıqlıq diqqətini cəlb edib.

Məlumata görə, məkanın qonaqlarından biri olan ana azyaşlı övladını itirdiyini bildirib. Bu xəbər yayılan kimi restoranda təşviş yaranıb. Hadisədən xəbər tutan sənətçi vəziyyətə laqeyd qalmayıb.

Niyam Salami dərhal ifasını dayandıraraq etirazını bildirib və məsələ ilə bağlı narahatlığını ifadə edib. O, ilk növbədə uşağın tapılmasının vacib olduğunu vurğulayıb və məclisdə diqqətin bu məsələyə yönəldilməsini istəyib.

Hadisə qısa müddətdə müzakirə mövzusuna çevrilib. 

Musa
Milli.Az

Chosen
9
1
milli.az

2Sources