EN

Bitcoin və Ethereum 4%-ə qədər ucuzlaşıb

Kapitalizasiyaya görə ən böyük iki kriptovalyuta — BitcoinEthereum (ETH) — 4%-ə qədər ucuzlaşıb. Bunu Binance kriptobirjasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 10:57-yə olan məlumata görə, Bitcoin-in məzənnəsi 3,38% azalaraq $65,747 minə, Ethereum-un qiyməti isə 4,87% geriləyərək $1,879 minə düşüb.

CoinMarketCap portalının məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitalizasiyası $2,26 trilyon təşkil edir. Bu məbləğin $1,315 trilyonu və ya 58,2%-i Bitcoin-in, $227,034 milyardı və ya 10,1%-i isə Ethereum-un payına düşür.

Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində dünya kriptobirjalarında 137 mindən çox treyderin mövqeyi ümumilikdə $481 milyondan artıq məbləğdə likvidasiya edilib. Ən böyük likvidasiya həcmi Bitcoin üzrə qeydə alınıb — $224,85 milyon. Likvidasiyaların təxminən $434 milyonu uzun (long) mövqelərin, $47,55 milyonu isə qısa (short) mövqelərin payına düşüb.

Son 24 saatda ən böyük tək likvidasiya əmri HTX birjasında BTC-USDT ticarət cütlüyü üzrə $61,51 milyon məbləğində qeydə alınıb.

Chosen
18
banker.az

1Sources