EN

Avtomobil qəzası baş verdikdə sürücülər nə etməlidir?

Avtomobili olan istənilən sürücünü ən çox maraqlandıran suallardan biri də qəza zamanı nə etməli olduğudur. Həyəcan, stress, qəza səbəbilə yaranan tıxac…Qəza zamanı nə etməli olduğunuzu öncədən bilməyiniz qəza anında daha təmkinli davranmağınıza kömək edəcək.

Bəs belə hallarda nə etməliyik?

Qəzada xəsarət alan şəxslər varsa, ilkin olaraq Təcili Tibbi Yardıma məlumat verməyiniz çox vacibdir.

Qəza hadisəsinin rəsmi sənədləşdirilməsi üçün 102 nömrəsinə zəng edərək Yol Patrul

Xidmətinin əməkdaşlarına məlumat verməlisiniz. Hadisə yerinə yaxınlaşan polis əməkdaşı tərəfindən tərtib olunan sənədlər sonrakı araşdırma və sığorta qiymətləndirilməsində vacib rol oynayır.

Növbəti addımda siz öz sığorta şirkətinizə zəng vuraraq hadisə haqqında məlumat verməlisiniz. Əgər avtomobilin hansı şirkətdə sığortalandığını bilmirsiniz və ya unutmusunuzsa, 9707 qısa nömrəsinə dövlət qeydiyyat nişanı nömrəsini göndərməklə şirkət adını öyrənə bilərsiniz.

Qəza hadisəsinin düzgün qiymətləndirilməsi üçün tövsiyə olunur ki, sığorta nümayəndəsi və ya yol polisi hadisəyə baxış keçirmədən avtomobilin yerini dəyişməyəsiniz. Lakin, əlavə qəza riski varsa, yaxud yol hərəkətinə maneə yaranırsa, avtomobilin yeri dəyişilə bilər.

Yaxşı bəs sığorta ödənişini almaq yaxud maşını təmir etdirmək üçün sığorta şirkətinə hansı sənədlər təqdim olunmalıdır?

• Sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi,

• Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport),

• DYP tərəfindən verilmiş sənədlər,

• Hadisə ilə bağlı qarşı tərəfə aid zəruri sənədlər.

Unutmayaq ki, icbari sığorta yalnız yol-nəqliyyat hadisəsi nəticəsində avtomobili zərər görmüş şəxsin xərclərini qarşılayır. Yəni, qəza zamanı günah sizdədirsə, sizə dəyən zərər icbari sığorta tərəfindən qarşılanmayacaq.

Qəza zamanı maddi zərər çəkməmək üçün günahın kimdə olmasından asılı olmayaraq avtomobilinizə dəyən zərəri ödəyən Tam KASKO sığortası əldə edə bilərsiniz.

PAŞA Sığortanın təklif etdiyi Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşya, iribuynuzlu heyvanların hərəkəti nəticəsində, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilinizə dəyən zərəri qarşılayır. Bu zaman siz ödəniş almaq istəmədəyiniz zaman, avtomobilinizi ya rəsmi, ya da qeyri-rəsmi servisdə təmir etdirmək imkanına sahib olacaqsınız.

Ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://pasha-insurance.az/az/avtomobilin-tam-kasko-sigortasi linki vasitəsilə müraciət edə bilərsiniz.

Chosen
4
2
apa.az

3Sources