EN

Derbidə tribunalar yandırıldı - Video

style='margin-bottom:10px;'>

Serbiya derbisində qalmaqal yaşanıb.

QOL.az xəbər verir ki, “Partizan” azarkeşləri “Srvena Zvezda”nın stadionunda iğtişaş törədiblər. Məlumata görə, fanatlar tribunada pirotexniki vasitələrdən istifadə edib və nəticədə stadion ərazisində yanğın baş verib.

Hadisə təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra nəzarət altına alınıb. İnsidentlə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qeyd edək ki, dünən keçirilən yerli liqanın 24-cü turunun matçında “Srvena Zvezda” 3:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində xalını 57-ə yüksəldən “Srvena Zvezda” ən yaxın izləyicisi olan “Partizan”ı 4 xal geridə qoyur.

 

Chosen
8
1
teleqraf.com

2Sources