Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-də və 22-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.