EN

II Qaregin ifadə verməkdən imtina edib

“Bütün ermənilərin katolikosu (II Qaregin-red.) ifadə verməkdən imtina edib və cinayət icraatının məqsədi Yepiskoplar Məclisini iflasa uğratmaq olub”.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində erməni vəkil Ara Zöhrabyan bildirib.

“Bu, Ermənistan tarixinin ən rüsvayçı günlərindən biri idi, biabırçılıqdır. Bu qərar çox pis vəziyyətlərə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 14-də Ermənistanda prokurorluq Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq ittihamı ilə II Qareginə qarşı cinayət təqibi başladıb. II Qareginin Ermənistandan çıxışına qadağa qoyulub.

Chosen
10
ikisahil.az

1Sources