EN

Azərbaycanın yanvarda gübrə ixrac və idxalı azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 14,3 milyon ABŞ dollarıdəyərində 45,8 min ton gübrə ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 3,6 milyon ABŞ dolları və ya 31,1%, həcm baxımından isə6,8 min ton və yaxud 32,3% azdır.

Gübrə ixracı ölkənin bu ilin yanvar ayının ümumi məhsulixracında 0,64% paya malik olub.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 5,6 milyonABŞ dolları dəyərində 8,4 min ton gübrə idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni ayındakı göstərici iləmüqayisədə dəyər ifadəsində 436 min ABŞ dolları və ya 8,5% çox,həcm baxımından isə 4,6 min ton və ya 35,7% azdır.

Hesabat ayında gübrə idxalı ölkənin ümumi idxalının 0,43%-nitəşkil edib.

Məqalədə:
Chosen
15
3
az.trend.az

4Sources