EN

Samir Vəliyev: Azərbaycanın xarici siyasəti ABŞ Prezidenti Donald Trampın kursu ilə üst-üstə düşür

“Amerika Birləşmiş Ştatları kimi bir ölkənin prezidentinin Azərbaycana son illər ərzində sərgilədiyi yüksək münasibət məhz Azərbaycanın regionda formalaşdırdığı sülh və təhlükəsizlik modelindən irəli gəlir.

QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili, hüquq elmləri doktoru, professor Samir Vəliyev bildirib. Onun sözlərinə görə, bu gün birmənalı olaraq demək mümkündür ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir və bu, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, çoxsektorlu xarici siyasətin məntiqi nəticəsidir:

"Ölkə Prezidentinin həyata keçirdiyi xarici siyasət, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xarici siyasəti ilə üst-üstə düşür".

 

Pərvanə Fərhadqızı

 

Chosen
13
qht.az

1Sources