EN

Zelenskidən Trampa cavab: Mən diktator deyiləm, müharibəni də mən başlatmamışam

BAKI, 23 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Rusiya lideri Vladimir Putinlə müqayisədə ukraynalı həmkarı Volodimir Zelenski ilə daha çox əlaqə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da Rusiya tərəfi ilə müqayisədə daha çox Ukrayna tərəfi ilə görüşür:

“Onlar rusları dayandırmalıdırlar, onlara xoş gəlməyə çalışmamalıdırlar, çünki onsuz da yalan danışırlar. Təcavüzkarı sakitləşdirmək cəhdlərinin heç bir mənası yoxdur”.

Ukrayna lideri ABŞ Prezidentinin onu diktator və müharibəni onun başlatması ilə bağlı bəyanatlarını belə şərh edib:

“Mən diktator deyiləm, müharibəni də mən başlatmamışam”.

Chosen
9
teleqraf.com

1Sources