Bakı. Trend:
Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkədə yaşayan Azərbaycanvətəndaşlarına müraciət ünvanlayıb.
Trend xəbərverir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşımedilib.
Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlikvəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Meksikada səfərdə olanvə ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarınaXalisko ştatı, eləcə də qonşuMiçioakan, Quanaxuato,Kolima, Aquaskalientes,Zakatekas və Nayarit ştatlarındayerli dövlət orqanları tərəfindən verilən təhlükəsizliktövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayətetmələri tövsiyə olunur.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlikqaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskliərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdənyayımlanan məlumatları izləmələri xahiş olunur”, - deyə məlumatdavurğulanıb.
Qeyd edilib ki, Meksikadakı Azərbaycan Səfirliyinin Konsulluqşöbəsinin qaynar xətt nömrələri bunlardır: +52 5511 907 092; +525555 404 109