EN

Ötən ay 11 uşaq övladlığa verildi - RƏSMİ

BAKI, 23 fevral. TELEQRAF

Bu ilin yanvar ayı ərzində 11 uşaq övladlığa verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 4-ü qız, 7-si oğlandır.

"Yaş bölgüsünə gəldikdə isə, övladlığa verilən uşaqlardan 8-i 0-6 yaş aralığında, 2-si 7-11 yaş aralığında, 1-i isə 12-18 yaş aralığındadır.

Qeyd edilən dövrdə valideyn himayəsindən məhrum olmuş 6 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 5-i oğlan, 1-i isə qızdır", - məlumatda bildirilib.

Əlavə edilib ki, eyni zamanda, Agentlik tərəfindən həyata keçirilən profilaktik tədbirlər və ailələrlə fərdi sosial iş nəticəsində 16 uşağın ailəsindən ayrılaraq müəssisələrə düşməsinin qarşısı alınıb. Görülən tədbirlər uşaqların müəssisələşməsinin qarşısının alınmasına və hər bir uşağın ailə mühitində böyüməsinə xidmət edir.

Chosen
9
2
teleqraf.com

3Sources