EN

Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Fevralın 23-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
4
17
anews.az

10Sources