EN

"Məcburam ki, açıq-saçıq çəkilişlərə qatılım"

"Miss Azərbaycan" titulunun sahibi Səmra Hüseynova qatıldığı televiziya verilişlərinin birində geyim tərzi və sənət adamlarına qarşı olan münasibətdən danışıb. Model moda sahəsində çalışan şəxslərin cəmiyyətdəki qınaqlara görə fərqli qəbul edilməsindən narazılığını bildirib.

Bizim.Media milli.az-a istinadla xəbər verir ki, Səmra Hüseynova peşəsinin tələbi olaraq bəzən açıq-saçıq və ya çılpaq çəkilişlərdə yer aldığını qeyd edib.

O, efirə gələndə belə dekolteli geyimlərə üstünlük vermək istədiyini, lakin insanların münasibətinə görə buna hər zaman cəsarət etmədiyini deyib:

"Mən modeləm, səhnə adamıyam. Məcburam ki, açıq-saçıq və ya çılpaq geyimlərdə çəkilişlərə qatılım. Verilişə də gələndə elə geyimdə olmalıyam ki, müəyyən dekoltelər olsun. Amma qınağa görə daha qapalı geyinib gəlirəm. Bizi tərbiyəsiz adlandırırlar".

Modelin fikrincə, səhnə adamı cəmiyyətin standartlarına uyğunlaşmaq əvəzinə fərqli və cəsarətli olmalıdır.

Dünya səviyyəsinə çıxmaq üçün bu cür yanaşmaların normal qəbul edilməsinin vacibliyini qeyd edən Səmra Hüseynova yerli ulduzlarla beynəlxalq məşhurlar arasında müqayisə aparıb:

"Səhnə insanı cəmiyyətə uyğunlaşmalı deyil, fərqli, 'dəlisov' olmalıdır. Əgər dünya çapına çıxmaq istəyiriksə, bu kimi məsələləri normal qəbul etməliyik. Cennifer Lopezə baxanda alqışlayırıq, amma özümüzdə görəndə qınayırıq. Hətta əxlaqsız kimi təqdim edirik".

Bu açıqlamalar sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. İzləyicilərin bir hissəsi modelin peşəkar yanaşmasını müdafiə etsə də, bir qrupu milli dəyərləri əsas gətirərək kəskin tənqidi fikirlər səsləndirib.

Bizim.Media 

Chosen
4
2
bizim.media

3Sources