EN

Səfirliyimiz Meksikadakı vətəndaşlarımıza xəbərdarlıq etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanın Meksikadakı səfirliyi X sosial şəbəkə hesabında paylaşım edərək ölkədə baş verən iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, müraciətdə Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına iğtişaşların qeydə alındığı ştatlarda yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrinə ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

Səfirliyin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də açıqlanıb: +52 5511 907 092 və +52 5555 404 109.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
axar.az

3Sources