EN

Zaxarova ukraynalılara görün necə məsləhət verib...

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə bağlılığı müdafiə edən ukraynalılara təslim olmamağı tövsiyə edib.

Publika.az xəbər verir ki, bBu barədə TASS məlumat yayıb.

"Baş verənlərin siyasi tərəfini həqiqətən, dərindən və dürüstcə dərk edənlərə yalnız bir söz deyə bilərəm: heç bir halda təslim olmayın. Heç bir halda özünüzə yalan danışmayın", - deyə diplomat bildirib.

Həmçinin xarici siyasət idarəsinin nümayəndəsi ukraynalıları "sadəcə sadiq olduqları dəyərlərdən imtina etməklə hər şeyin yaxşı olacağına dair verilən çox şirin, bəzən çox cəlbedici və sonsuz vədlərə heç bir halda aldanmamağa və onlara uymamağa" çağırıb.

Chosen
10
50
publika.az

10Sources