EN

Çin qlobal iqtisadiyyat əjdahasına çevrilib

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə Çinin xarici ticarət dövriyyəsi 6,3 trilyon dolları keçib və müsbət saldo 1,2 trilyon dollara çatıb. Bu səbəbdən bəzi mütəxəssislər dünya bazarında Avropa və ABŞ-nın ən güclü rəqibi hesab edilən Çini "qlobal iqtisadiyyat əjdahası" adlandırırlar.

Reyting.az xəbər verir ki, bu barədə Avropa mətbuatı yazıb.

Asiya nəhəngi ilə digər super güclər arasındakı fikir ayrılıqlarına baxmayaraq, onlar indiyə qədər ABŞ-nın ən böyük tərəfdaşı sayılırlar. Bununla belə, son illər ABŞ ilə Çin arasındakı ticarət dövriyyəsində zəifləmə müşahidə edilib ki, bu da 18,7 faiz azalma deməkdir. Lakin Çinin ticari artımı böyük zərər çəkməyib, əksinə, Cənub-Şərqi Asiyada, həmçinin Vyetnam da daxili olmaqla, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına, yəni "ASEAN"a üzv olan region ölkələrinin hesabına böyük ticarət uğurları əldə olunub.

Çinin Afrikaya ixracı 25,8 faiz artsa da, Avropada, xüsusilə Almaniya ilə ticarətində çətinlikləri yaranıb. Eyni zamanda tərəflər ortaq məxrəcə gələ bilmədiklərindən Çinlə Avropa dövlətləri arasındakı gərginlik get-gedə münasibətlərin bərpasına maneələr yaradır. Çin dövləti dəfələrlə çox açıq şəkildə bu problemin əsas memarının ABŞ, həmçinin prezident Tramp olduğunu vurğulayıb.

Ekspertlər hesab edirlər ki, indi qəribə bir vəziyyət yaranıb və Almaniya ilə ticarət dövriyyəsini 211 milyard dollar çatdıran, 4,6 faiz artıma nail olan Çin həm də digər çətinliklər yaşayır. Son vaxtlar Almaniyanın Çinə ixracı 9,3 faiz azalıb, üstəlik, əsas zərbəni Alman avtomobil sektoru alıb və nəticədə 2022-ci ildən bəri Almaniya avtomobillərinin Çinə ixracı 66 faiz geriləyib.

Ümumilikdə, Çin üçün ABŞ əsas tərəfdaş hesab olunsa da, çox sürətlə inkişaf edən Asiya nəhəngini ticarət dinamikasının əsas mərkəzi Asiya və Afrika bazarlarına doğru istiqamətlənir.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
reyting.az

1Sources