Azərbaycan Tibb Universiteti tələb olunan müxtəlif səsgücləndirici və foto-avadanlıqların satın alınmasını planlaşdırır.
Layihənin ehtimal olunan dəyəri 536.755,10 AZN təşkil edir. Həmçinin, alınacaq sistemlər universitetin auditoriyaları və tədbir zalında müasir səsgücləndirmə və audio vizual imkanların təmin olunmasına yönəlib.
Bu satınalma ilə universitetin tələbə və müəllim heyətinin təhsil və elmi fəaliyyətləri zamanı istifadə üçün peşəkar səsgücləndirmə və qeyd avadanlıqları təmin ediləcək.