Bakı. Trend:
Parisdə keçirilən kənd təsərrüfatı sərgisində ziyarətçilərləsərgi iştirakçıları arasında mübahisə yaranıb.
Trend xəbər verirki, mübahisə qısa müddətdə davaya çevrilib. Davada iştirakedənlərdən biri soyuq silah istifadə edərək 2 polis əməkdaşınaxəsarət yetirib.
Əlavə polis qüvvələrinin müdaxiləsi nəticəsində hadisəninqarşısı qısa müddətdə alınıb və 15 nəfər saxlanılıb. Saxlananşəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıblar.