EN

Azərbaycan Metrologiya İnstitutu 89 min manat ayrıb -  3 qatlı tualet kağızı, batareyalar , tualet fırçası, və.s üçün

Azərbaycan Metrologiya İnstitutu tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı tender elan olunub.

32gun.az xəbər verir ki, Satınalma çərçivəsində müxtəlif növ batareyalar, şarj aparatları, məişət və təmizlik vasitələri, eləcə də digər təsərrüfat mallarının alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 88.821,12 AZN təşkil edir.
Siyahıya 2025-ci il istehsalı olan AA, AAA, D və C tipli alkalin və şarj olunan batareyalar (ümumilikdə minlərlə ədəd), eləcə də onlar üçün rəsmi zəmanətli şarj aparatları daxildir.
Bundan əlavə, 600 ml-lik gel pasa qarşı vasitə, 750 ml-lik mebel yağı, 4 litrlik antibakterial və ərəb sabunu, 5 litrlik xlor məhlulu, qab yumaq üçün maye, müxtəlif növ sanitar-təmizlik gelləri, 3 qatlı tualet kağızı (32 rulonlu bağlamalarda), zibil paketləri (müxtəlif ölçülərdə), süpürgə və xəkəndaz dəstləri, vedrə və şvabra dəstləri, süngər və mikrofiber əlavələr də alınacaq məhsullar sırasındadır.
Həmçinin lateks tibbi əlcəklər, təsərrüfat əlcəkləri, tualet fırçası, metal teleskopik çubuqlar və digər məişət ləvazimatlarının da satın alınması planlaşdırılır.
Chosen
19
yenilik.az

1Sources