EN

Kim Çen In yenidən prezident seçildi

Pxenyanda Koreya Fəhlə Partiyasının (KFP) IX qurultayı işini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Bildirilib ki, qurultay zamanı nümayəndələr Şimali Koreya lideri Kim Çen Inın yekdilliklə yenidən baş katib vəzifəsinə seçilməsini dəstəkləyiblər.

Agentlik vurğulayıb ki, hazırkı qurultay yoldaş Kim Çen Inın KFP-nin ali postuna yenidən seçilməsi barədə fəxri təklifi tamamilə dəstəkləyib və təsdiqləyib.

Chosen
23
publika.az

1Sources