EN

İftarda bu səhvi etməyin Sulu yeməkdən sonra...

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Təxminən 14 saat boyunca dincələn və həcmi kiçilən mədəyə iftar zamanı qəfil ağır yeməklərin yüklənməsi həzm sistemi ilə yanaşı ürəyə də ciddi zərbə vurur. Sulu yeməkdən dərhal sonra ana xörəyə keçmək qan şəkərini sürətlə artıraraq kəskin yorğunluq, yuxululuq və ürək döyüntüsünə yol açır.Demokat.az xəbər verir ki, oruc müddətində həzm sistemi istirahət rejiminə keçir və mədə turşusu ifrazı ən aşağı səviyyəyə enir. İftar anında bu həssaslaşmış orqanlara ard-arda soyuq su, isti təndir çörəyi, şorba və ardınca yağlı ət yeməklərinin verilməsi tibb ədəbiyyatında "kəskin həzm pozğunluğu" kimi tanınan vəziyyəti yaradır. Həzm üçün lazım olan qanın sürətlə mədə və bağırsaqlara yönəlməsi ürəyin iş yükünü artırır. Bu hal iftardan sonra bəzi insanlarda ürək döyüntüsü krizlərinə səbəb ola bilər.Sürətli yemək vərdişinin digər təhlükəli təsiri isə insulin mübadiləsi ilə bağlıdır. İlk xörəkdən dərhal sonra karbohidrat və yağ tərkibli ağır qidalara keçildikdə mədəaltı vəzi həddindən artıq miqdarda insulin ifraz edir. Nəticədə iftardan yarım saat sonra adamda şiddətli yuxu istəyi və ağır yorğunluq hissi yaranır. Üstəlik ani yemək yükləməsi reflyuks və qastrit şikayətlərini təxminən 50 faiz artırır.Qastroenteroloqlar iftarın mütləq iki mərhələli olmasını tövsiyə edirlər. Orucu otaq temperaturunda su və xurma ilə açdıqdan, ilıq duru yemək içdikdən sonra süfrədən qalxıb həzm sisteminə azı 10-15 dəqiqə vaxt vermək lazımdır. Bu qısa fasilə toxluq siqnalının beyinə çatması üçün vacibdir və ana xörəyə keçəndə porsiyanı avtomatik idarə etməyə kömək edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources