Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Nitsa” – “Loryan” matçında qalib müəyyənləşməyib. “Oser” doğma meydanda “Renn”ə, “Anje” isə “Lill”ə uduzub. “Nant” “Havr”ı, “Strasburq” da Lion “Olimpik”ini məğlub yola salıb.
Beləliklə, mövsümün geridə qalmış 23 turundan sonra 54 xala malik PSJ vahid liderdir. “Lans” 52 xalla ikinci, Lion “Olimpik”i 45 xalla üçüncü pillədə qərarlaşıb. Marsel “Olimpik”inin 40, “Lill” və “Renn”in 37 xalı var.
Fransa, Liqa 1
23-cü tur
20 fevral
Brest – Olimpik (Marsel) 2:0
Qollar: Ayorke, 10; 29.
21 fevral
Lans – Monako 2:3
Qollar: Eduard, 3. Toven, 56 – Baloqun, 62. Zakaria, 70. Fati, 72.
Tuluza – Paris 1:1
Qollar: Viqnolo, 87 – Munetsi, 39.
PSJ – Mets 3:0
Qollar: Due, 3. Barkola, 45+3. Q.Ramos, 77.
22 fevral
Oser – Renn 0:3
Qollar: Kamara, 20; 45. Lepaul, 22.
Anje – Lill 0:1
Qol: Jiru, 45+2-pen.
Nant – Havr 2:0
Qollar: Zuaui, 3-öz qapısına. Qanaqo, 34-pen.
Nitsa – Loryan 3:3
Qollar: Luşe, 12; 45+1. Budaşe, 59 – Paqis, 45+4. Dienq, 67-pen. Şadyu, 90+5.
Strasburq – Olimpik (Lion) 3:1
Qollar: Qodo, 37. Moreyra, 52. Panikelli, 83-pen – Tolisso, 59.
