EN

Şəhərin mərkəzindəki heyvan kostyumlular polis imiş VİDEO

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Taylandda polislər uzun müddətdir axtarılan peşəkar oğrunu tutmaq üçün maraqlı üsula əl atıblar. "Qanundan kənar Coço" ləqəbli şəxsi yaxalamaq üçün asayiş keşikçiləri bayram şənliyində aslan cildinə giriblər.Demokrat.az xəbər verir ki, həmin şəxs Banqkok polis rəisinin evinə girərək oradan çox bahalı Budda heykəlləri və qiymətli əşyalar oğurlamaqda ittiham olunur. Oğurlanan malların ümumi dəyəri təxminən 93 min manat civarındadır. Polisin dəfələrlə onu tutmaq cəhdi uğursuz olsa da, bu dəfə hiylə işə yarayıb. Polislər oğrunun Çin Yeni ili şənliyində məbədə gələcəyini öyrənərək orada pusqu qurublar.Diqqət çəkməmək üçün iki polis ənənəvi aslan kostyumuna girərək rəqs etməyə başlayıb. Onlar bu geyimdə cinayətkara yaxınlaşıblar. Polislərdən biri qəfil aslanın baş hissəsini çıxarıb oğrunun üzərinə atılıb və onu yerə yıxaraq zərərsizləşdirib.Yaxalanan şəxs törətdiyi əməli etiraf edib. O bildirib ki, oğurluq etdiyi pulları narkotik və qumara xərcləyirmiş. Qeyd edək ki, Tayland polisi əvvəllər də cinayətkarları tutmaq üçün müxtəlif geyimlərdən istifadə edərək maskalanıb.İsmayıl

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
demokrat.az

1Sources