EN

İran Kürdüstanında silahlı qruplar vahid cəbhə yaradıb

Beş böyük təşkilat geniş muxtariyyət tələbi ilə birləşir, kürd fəallığının artımı ölkədə gözlənilən siyasi dəyişikliklərlə əlaqələndirilir...

Poliqon xəbər verir ki, İranın Kürdüstan bölgəsində fəaliyyət göstərən beş ən böyük kürd silahlı-siyasi qruplaşması vahid cəbhə yaradıldığını elan edib. Yeni yaradılan birlik ölkə daxilində kürd bölgələri üçün geniş muxtariyyət əldə olunmasını əsas məqsəd kimi müəyyənləşdirib.

Məlumata görə, bu qrupların silahlı dəstələri artıq fəaliyyət göstərən Kürd Milli Ordusunun tərkibinə qoşulacaq. Sözügedən qüvvə hazırda İranın qərb bölgələrinin müəyyən hissələrinə nəzarət edir və yerli təhlükəsizlik, idarəetmə və müdafiə funksiyalarını həyata keçirir.

Ekspertlərin fikrincə, kürd qruplarının birləşməsi regionda qüvvələr balansına ciddi təsir göstərə bilər. Analitiklər bildirirlər ki, vahid komandanlığın yaradılması həm hərbi koordinasiyanı gücləndirəcək, həm də kürd hərəkatının siyasi mövqelərini möhkəmləndirəcək.

Müşahidəçilər kürd fəallığının artmasını İranın siyasi sistemində mümkün dəyişikliklərlə bağlı gözləntilərlə əlaqələndirirlər. Onların qənaətinə görə, ölkədə idarəetmə modelində islahat ehtimalları müxtəlif etnik və regional qrupların siyasi tələblərini daha açıq şəkildə gündəmə gətirməsinə səbəb olur.

Eyni zamanda, regionda təhlükəsizlik risklərinin artacağı istisna edilmir. Yerli və beynəlxalq ekspertlər hesab edirlər ki, kürd qüvvələrinin təşkilatlanması Tehranla münasibətlərin gərginləşməsi və yeni qarşıdurma ehtimalını da artırır.

Proseslərin inkişafının İranın daxili sabitliyinə, eləcə də Yaxın Şərq regionunda geosiyasi vəziyyətə təsir göstərə biləcəyi vurğulanır.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources