EN

Göyçayda zəncirvari qəza oldu - Xəsarət alan var

Göyçayda zəncirvari yol qəzası baş verib. Hadisə gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Unikal" xəbər verir ki, üç minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı bir nəfər xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə əzilmiş metal konstruksiya kəsilərək sürücü xilas olunub və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Qəzaya uğramış avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılıb, digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
22
unikal.az

10Sources