EN

Burada hər ay 3 balıqçı timsahlar tərəfindən öldürülür

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keniyanın səhralıq ərazisində yerləşən Turkana gölündə hər ay orta hesabla 3 balıqçı timsahların qurbanı olur.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna əsas səbəb kimi göldə suyun səviyyəsinin artması göstərilir. 

Digər məsələ isə insanların timsahların yaşayış arealında balıqçılıq etməsidir. Hətta vəhşilər yaşayış məntəqələri ərazisində tez-tez peyda olurlar. Onların insanlara hücum faktı demək olar ki, hər gün baş verir. Əksər hallarda balıqçılar və sakinlər canlarını dişlək yarası və qorxu ilə qurtarsalar da, bəzən ölüm qaçılmaz olur.

Qeyd edək ki, rəsmi məlumatlara görə hər il Keniyada 70-ə yaxın insan timsahların tərəfindən öldürülür. Qeyri-rəsmi məlumatlar isə bu rəqəmin 100-dən çox olmasını göstərir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
525.az

1Sources