EN

Kreml: Əgər bu ölkəyə nüvə silahları yerləşdirilərsə, hədəfimiz olacaq

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Estoniyada nüvə silahları yerləşdirilərsə, Rusiyanın nüvə silahları Estoniya ərazisini hədəf alacaq".

Mia.az xarici mətbuata istinadla xəbər veri ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov Rusiya dövlət televiziya kanalı "Rossiya"ya müsahibəsində deyib ki, NATO-nun müdafiə planının bir hissəsi olaraq Estoniyada nüvə silahları yerləşdirilmə ehtimalı istiqamətidə xəbərləri izləyirlər: "Estoniya Rusiyaya yaxın ölkədir. Biz digər Avropa ölkələri kimi, onlar da onu təhdid etmirik. Lakin, əgər nüvə silahları Estoniya ərazisində bizi hədəf alaraq yerləşdirilərsə, onda bizim nüvə silahlarımız da Estoniya ərazisini hədəf alacaq. Estoniya bunu aydın şəkildə başa düşməli v buna uyğun davranmalıdır. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək".

Xatırladaq ki, Estoniya xarici işlər naziri Marqus Tsahkna NATO-nun Estoniya torpağında nüvə silahlarının yerləşdirilməsinə qarşı olmadıqlarını açıqlayıb.

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
9
mia.az

10Sources