EN

Məşhur narkobarona görə Meksikada kütləvi iğtişaşlar başladı VİDEO

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meksikanın ən çox axtarılan narkobaronlarından biri olan Nemesio Oseqera Servantesin (El Menço) sui-qəsd nəticəsində öldürülməsi xəbərindən sonra Meksikada kütləvi iğtişaşlar başlayıb.

"Unikal" xəbər verir ki, Meksikanın bir neçə ştatında kartel üzvləri yük maşınlarını və avtobusları yandırmağa, magistral yolları bağlamağa və atışmalara başlayıblar. Qvadalaxara hava limanı yaxınlığında da silah səsləri eşidilib və bir neçə şəhərdə hökumət binalarına hücum edilib.

Qeyd edək ki, bu gün Talpa de Allende (Halisko) bələdiyyəsində xüsusi əməliyyat keçirilib. Hökumətin hərəkətlərinə cavab olaraq kartel üzvləri magistral yolları bağlamağa başlayıblar. Xoakin "El Çapo" Qusmanın həbsindən sonra Servantes ən güclü narkotik baronlarından biri hesab olunurdu. Kartel üzvləri narkotik ticarətinin əhəmiyyətli bir hissəsinə nəzarət edir və bir çox Meksika ştatında fəaliyyət göstərirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
10
unikal.az

10Sources