EN

Lvovdakı terror aktı ilə bağlı bir neçə nəfərin saxlanılıb

Ukrayna prezidenti Volodymyr Zelenski fevralın 22-nə keçən gecə Lvovda baş vermiş terror aktı ilə əlaqədar bir neçə nəfərin saxlanıldığını açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.

“Ukraynanın daxili işlər naziri Lvovdakı terror aktının istintaqı ilə bağlı təfərrüatlar barədə məruzə etdi. Hazırda hər şeyi ictimaiyyətə açıqlamaq mümkün deyil. Bir neçə nəfər saxlanılıb və zəruri prosessual tədbirlər çərçivəsində bütün faktlar araşdırılacaq”, – deyə Zelenski yazıb.

O əlavə edib ki, hüquq-mühafizə orqanları sonradan cəmiyyətə daha ətraflı məlumat təqdim edəcək və “dövlətimizi, insanlarımızı qorumağa kömək edən hər kəsə” təşəkkür edib.

Lvovdakı terror aktı: məlum olanlar

Xatırladaq ki, fevralın 22-nə keçən gecə Lvovun bir sıra rayonlarında güclü partlayış səsləri eşidilib. Daha sonra şəhərin meri Andriy Sadovyi Lvovda terror aktının baş verdiyini bildirib. O, hadisə nəticəsində xəsarət alanların olduğunu və 23 yaşlı qadın polis əməkdaşının həlak olduğunu açıqlayıb.

Daha sonra Ukraynanın daxili işlər naziri Ihor Klymenko Lvovdakı terror aktının ehtimal olunan icraçısının saxlanıldığını bildirib. Onun sözlərinə görə, qadın rayon mərkəzlərindən birində tutulub. Baş Prokurorluq Ofisi isə saxlanılan şəxsin Ukrayna vətəndaşı olduğunu qeyd edib.

Chosen
2
5
apa.az

6Sources