AZ

Mənə məlumat verdilər, amma deyə bilmərəm Zelenskidən Lvovdakı terror haqda

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Lvovda baş verən və bir nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan terror aktının bütün təfərrüatları ictimaiyyətə açıqlana bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukraynanın Daxili İşlər Naziri Lvovda baş verən terror aktı ilə bağlı istintaqın təfərrüatları barədə məlumat verdi. Hazırda hər şeyi ictimaiyyətə açıqlamaq mümkün deyil”, – deyə Ukrayna lideri bildirib.

İstintaqın konkret təfərrüatları açıqlanmayıb. Zelenski həmçinin işlə bağlı bir neçə nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, fevralın 21-dən 22-nə keçən gecə Lvovda terror aktı baş verib.

Şəhərin istintaq təcridxanasının yaxınlığında avtomobil partlayıb. Qurban 23 yaşlı polis əməkdaşı olub.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
globalinfo.az

6Mənbələr