EN

"Fənərbaxça"nın sabiq futbolçusu "Beşiktaş"a keçir

"Fənərbaxça"nın sabiq futbolçusu Seynt Allan-Maksimin yenidən Türkiyədə çıxış etməyə yaxındır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransalıya “Beşiktaş” maraq göstərir. 

İstanbul təmsilçisinin mövsümün sonunda 28 yaşlı vingerə təklif göndərdiyi bildirilir. 

Onun “Lans”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Maksimin “Sent-Etyen”, “Monako”, “Hannover”, “Bastiya”, “Nitsa”, “Nyukasl”, “Əl-Əhli”, “Fənərbaxça”, “Amerika” klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Chosen
13
1
sportal.az

2Sources