EN

Ceymi Karrager: “Tottenhem” fəlakətin astanasındadır” – ARENA.AZ

“Liverpul”un keçmiş mərkəz müdafiəçisi Ceymi Karrager “Tottenhem” klubunun düşdüyü vəziyyət haqda qənaətini açıqlayıb.

Arena.az hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mahmızlar” fəlakətin astanasındadırlar. Əgər “Tottenhem” Çempionşipə yuvarlansa, bu, İngiltərə Premyer Liqası dövrünün ən sarsıdıcı enişi olacaq”, deyə Ceymi Karrager vurğulanıyıb.

“Mançester Yunayted”in əfsanəsi, keçmiş hücumçu Ueyn Runi də “Tottenhem” haqda qənaətini açıqlayıb:

“Tottenhem”in nəticələri əsasında mülahizə yürütsək, “mahmızlar” sağ qalmaq uğrunda mübarizə aparırlar. Onların bir gözü rəqiblərində olacaq. Vəziyyətləri ürəkaçan deyil”, deyə Runi vurğulayıb.

Xatırladaq ki, “Tottenhem” İngiltərə Premyer Liqasının cari mövsümündə 26 oyuna topladığı 29 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Komanda 7 qələbə qazanıb, 8 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. “Mahmızlar” bu gün doğma meydanda lider “Arsenal”la üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
14
arena.az

10Sources