EN

Sibiqa: Rusiya Ukraynanı atəşə tutmaqla diplomatiyanı baltalayır

Gecə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynaya onlarla hipersəs, ballistik və qanadlı raket, həmçinin yüzlərlə "Şahed" dronu buraxıb, kritik infrastruktura və dinc əhaliyə hücum edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb.

"Rusiya terrorçu zərbələrlə diplomatiyanı baltalamağa davam edir... Mülki əhali arasında qurbanlar var və enerji obyektləri zədələnib.

Bu terroru normallaşdırmaq olmaz, onu dayandırmaq lazımdır. Rusiya dünya ilə oynamalı deyil...

Beynəlxalq ictimaiyyətin (RF prezidenti Vladimir) Putini dayandırmaq üçün kifayət qədər təsir vasitələri var, xüsusən də (bu ölkənin - red.) iqtisadiyyatı artıq pis vəziyyətdədir", - paylaşımda qeyd olunub.

Sibiqa beynəlxalq ictimaiyyəti Rusiyaya sərt sanksiyalarla zərbə vurmağa çağırıb: "Onun enerji daşıyıcılarından gəlirlərinə, (sanksiyalardan - red.) yan keçmə sxemlərinə və texnologiyalara çıxışını kəsin və Putinin bu müharibəni dayandırmaqdan başqa seçimi qalmayacaq".

Chosen
19
3
far.az

5Sources